15 C
Baku
Monday, May 6, 2024

Daha bir səudiyyəli jurnalist öldürüldü

Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı “New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.

Əl-Casser 2017-ci ilin martında “Twitter” hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən “Twitter”in Dubaydakı ofisində yaxalanmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər