14 C
Baku
Monday, May 6, 2024

ABŞ-ın Çindən idxalı azalıb

ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları hesabına bu ilin yanvar-avqust aylarında Çin məhsullarının idxalı 32% azalıb.

Banker.az bildirir ki, bu barədə  “Business İnsider” nəşri xəbər verir.

Bununla belə, UBS bankının ekspertləri azalma göstəricinin reallığı tam əks etdirmədiyi, iyul ayından tətbiq olunan tariflərin Çindən idxalı daha çox azaltdığı qənaətindədir.

Qeyd edək ki, gömrük rüsumlarının tətbiqinə başlayan ərəfədə ABŞ-ın Çindən idxalında nəzərəcarpacaq artım müşahidə edilib. Ekspertlər bunu idxalçı şirkətlərin həmin məhsullardan, əsasən, kompüter plataları və hard disklərdən ehtiyat toplamağa çalışması ilə izah edirlər.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər