Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Betsi Nelson (Betsy Nelson), eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni direktoru Matteo Patrone Azərbaycanda səfərdədir.
Banker.az “Report”a istinadla xəbər verir ki, qonaqlar ölkəyə ötən həftə gəliblər.
Qarşıdakı 2 gündə də Bakıda olacaq EBRD rəsmiləri Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan bir sıra rəsmi şəxslər, yerli və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirirlər.
Detallar gizli saxlanılsa da, səfərin məqsədinin yenicə regional direktor təyin edilmiş M.Patronenin təqdimatı olduğu bildirilir. Qeyd edək ki, M.Patrone bu il oktyabrın 16-da həmin vəzifədə Bruno Balvaneronu əvəz edib.