13 C
Baku
Saturday, November 23, 2024

Sığorta şirkətlərinin reklam fəndləri

Ən çox çaşqınlıq yaradan reklam kampaniyalarından birini DDB Amsterdam  Hollandiyanın Centraal Beheer Insurance şirkəti üçün həyata keçirmişdi. Onlar bannerin köməkliyi ilə avtobusun arxa hissəsini eynilə onun qabaq hissəsinə çevirmişdilər. Ön şüşələr, sükan, sürücü… Lakin sürücü avtobusu geriyə çönmüş vəziyyətdə idarə edir! Sığorta şirkəti insanlara bu  ürküdücü reklamla onları təhlükəli sürücülərdən qorumaq niyyətlərini bildirirdi.

Digər bir şirkət də Amsterdam küçələrində bədbəxt hadisələrə diqqət çəkmişdir. Bu zaman asfalt üzərində təbaşir ilə uçurumun kənarından yapışmış yaşlı kişi, palçığa ilişib qalmış motosikl, damdan səki üzərinə düşən dəri divan və insanları yuxarı qaldıran hava şarları təsvir edilmişdi. Bir çox vətəndaşlar və turistlər böyük məmnuniyyətlə burada dayanaraq şəkil çəkdirirdilər.

Ən çox diqqət çəkən və maraqla izlənilən reklam çarxı isə Folksam sığorta şirkətinə məxsusdur. Bu reklam çarxında böyük bir qrup pişik paraşutdan atılır və bu zaman başgicəlləndirici akrobatik hərəkətlər edirdilər. Əlbəttə ki, şirkət bununla heyvanlar üçün xüsusi sığorta məhsulunu reklam edirdi.

Heyvan hüquqlarını müdafiə edən yerli şirkətlərin günahlandırmalarından sonra şirkət etiraf edir ki, reklam çəkilişləri studiyada həyata keçirilib. Lakin bu reklam çarxının populyarlığına heç bir xələl gətirmir.

Allstate şirkətinin avtomobil sığortası üçün çəkilmiş reklam çarxı isə belə idi: Posterdə yalnızca sadə şəkildə “Bəs sən etibarlı əllərdəsən?” yazısı yazılmışdı.

Avstraliyanın SGIC sığorta şirkəti öz əməkdaşlarını nəhəng şüşə tendlərin içərisində həbs olunmuş şəkildə təsvir edir və onlar istənilən vaxt müştərilərin bütün suallarına cavab verməyə hazırdırlar.

Tibbi sığorta ilə məşğul olan Almaniyanın AOK şirkəti sağlamlığın qeydinə qalmağa kömək edən təqvim hazırlayıb. Təqvim şəffaf borudan və içərisində 31 almadan ibarətdir. “Bir gün – bir alma” prinsipi ilə şirkət öz müştərilərini sağlam qidalanmağa və sağlamlıqlarının qeydinə qalmağa təşviq edir.

Digər bir “ərizəsiz KASKO” uğurlu reklam kampaniyasını isə ASK-sığorta şirkəti həyata keçirib. Şirkət avtomobil sərgisindən bir az aralıda əzilmiş avtomobil qoyur və şüşəsinə bir qeyd yapışdırır: “Salam, ASK sığorta şirkəti! Bu yol qəzasında günahkar mən idim. Etiraf edirəm! Sənəd və açarları komissara vermişəm, ərizələri isə yığmayacam!!! Bir həftədən sonra öz avtomobili təzə və xəsarətsiz gözləyəcəm. Sağolun!”. Bu kiçik qeyd isə özlüyündə onunla maraqlanan bütün müştərilərə lazımi məlumatları çatdırır.

Sığorta şirkətinin əsas məqsədini izah edən ən mükəmməl reklam çarxı isə Ukraynanın sığorta şirkəti İndigo üçün hazırlanmışıd. Bu çarxda quşun caynağından xilas olmağa çalışan kərtənkələnin quyruğu qopur. Lakin bu kərtənkələni elə də barahat etmir. Çünki o bilir ki, təbiət onun itirdiyini özü ona yenidən qazandıracaq.

Son xəbərlər
Digər xəbərlər