Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas (Gəncə filialı üzrə)
Tələblər:
– Ali hüquqi təhsil;
– Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
– Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili bilənlərə üstünlük verilir;
– Microsoft Word və Excell proqramlarında işləmək bacarığı ;
– Komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
– Barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin həllinə nəzarət etmək;
– Mövcud olan, barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin təhlilinin aparılması, görülən işlər barədə hesabatların təqdim edilməsi;
– Qarşılıqlı razılıqla vədləşdirilmiş kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
– Borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması, ünvanlara səfərlər və s.;
– Problemli kreditlərin və borcluların uçotunun aparılması;
– Məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin tətbiqinə nəzarət etmək;
-İpoteka təminatlı kreditlər üzrə ipotekaların hərracda satışına və bununla bağlı qanunla müəyyən olunmuş digər tədbirlərin vaxtında tətbiq edilməsinə nəzarət etmək;
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.