6 C
Baku
Sunday, December 15, 2024

“Əmanətlərin geri götürüləcəyindən çox narahatıq” – Bankın M.Ş sədri

“Əmanətlərin tam sığortalanması” haqqında qanun daha 3 il uzadılmasa gələn il banklardakı əmanətlərinin böyük hissəsi geri götürüləcəkdir.

Banker.az Marja resursuna istinadla xəbər verir ki, bunu Azərbaycan banklarından birinin Müşahidə Şurasının sədri bildirib.

“Biz çox narahatıq. Banklarda əhalinin Manatda təxminən 3 milyard manat əmanəti var. Əksər əmanətçilərin əmanətləri 30 min manatdan yüksəkdir. Əgər yenidən 30 min manatadək olan əmanətlərin sığortalanmasına qayıdılsa bir çox əmanətçi pullarını geri götürəcəkdir. Bu, banklar üçün arzuolunmaz haldır. Ümid edirik, qanunun müddəti növbəti 3 ilə uzadılacaqdır”.

Qeyd edək ki, 2016-cı il Fevralın 1-də qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması” haqqında qanuna görə, əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır. 2019-cu ilin Fevral ayında 3 il başa çatır. Müddətin uzadılıb-uzadılmayacağı bankların diqqət mərkəzindədir. Çünki, müddət uzadılmasa yenidən 30 min manatadək əmanətlər sığortalanacaqdır. Bu da bir çox bankdan əmanətin çıxması ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər