10 C
Baku
Wednesday, December 11, 2024

Vergilər Nazirliyinə yeni səlahiyyət verilir – Qanun layihəsində mühüm dəyişiklik

“İşsizlikdən sığorta haqqında” qanun layihəsinə mühüm dəyişiklik təklif olunur.

Banker.az bildirir ki, dəyişikliyə görə, 2019- cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyətin bundan sonra Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu səbəbdən də layihədə sığortaçının, siğortaedənin və sığortaolunanın hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır.

Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi ( əvvəllər bu 25 faiz idi) müvafiq icra hakmiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür.

Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər