Azərbaycan Prezidenti İlham Əliyev bu gün, “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” dəyişikliklə bağlı sərəncam imzalayıb.
Banker.az-ın məlumatına görə, kollegiyanın üzvləri sayı 11-dən 6-ya endirilib.
Sərəncamda deyilir,
“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
- Azərbaycan Respublikasının vergilər naziri
Kollegiyanın üzvləri
- Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
- Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının vergilər naziri
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamına əsasəm kollegiya üzvlərin sayı 11 nəfər idi.
Hazırda Nazirliyin Rəhbərliyi aşağıdakı kimidir:
Vergilər Nazirliyinin rəhbərliyi
- Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov
- Nazirin birinci müavini Sahir Polad oğlu Məmmədxanov
- Nazirin müavini Sahib Nurəddin oğlu Ələkbərov
- Nazirin müavini İlkin Etibar oğlu Vəliyev
- Nazirin müavini Mətin Balasən oğlu Eynullayev
- Naxçıvan MR vergilər naziri Nağıyev Azər İslam oğlu