2018-ci ilin yanvar-sentyabr ayı ərzində Azərbaycanın süd məhsulları istehsalçıları xaricdə 231 ton dondurma satıblar.
Bu, 2017-ci ilin analoji dövrünə nisbətən 25 dəfə çoxdur. Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məhsul İraqa ixrac edilib (230,8 ton) və 538 min dollar gəlir əldə olunub.