25 C
Baku
Monday, April 29, 2024

“Soliton”un kredit şöbəsinin əməkdaşı döyülüb

“Soliton” Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

Banker.az-ın “Report”a istinadla məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər