ASC «Xalq Bank»ın indiyə qədər vakant olan Biznesin inkişafı idarəsi, marketinq və satışın təşkili şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bu barədə Banker.az-a banka yaxın olan mənbədən məlumat daxil olub.
Məlumata görə, cari ilin noyabr ayından başlayaraq bu vəzifə Tural Qulubəyliyə həvalə edilib. Təyinatı Banker.az-a Bank da təsdiq edilib.
Bildirək ki, T. Qulubəyli 4 ilə yaxındır ki, «Xalq Bank»da çalışırdı və onun bankdakı sonuncu vəzifəsi «Biznesin İnkişafı İdarəsində» idi.
Qulubəyli, ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.