18 C
Baku
Saturday, May 4, 2024

Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi ƏDV-dən azad edilə bilər

Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 164-cü maddəsinə (Vergi ödəməkdən azad edilmə) təklif edilən 164.1.36 bəndinə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər