18 C
Baku
Sunday, April 28, 2024

Qeyri-kredit Satış Departamentinə Riteyl Qeyri-kredit Məhsul Meneceri – Rabitabank OJSC

Rabitəbank ASC-nin Qeyri-kredit Satış Departamentinə Riteyl Qeyri-kredit Məhsul Meneceri vəzifəsinə işə qəbul elan edilir!

Vəzifə öhdəlikləri:

• Riteyl Qeyri-kredit Məhsulları üzrə kampaniyaların təşkili və həyata keçirilməsinə təkliflər vermək və nəzarət etmək;
• Riteyl Qeyri-kredit Məhsullarının təkmilləşdirilməsi üçün bazar və bankdaxili araşdırmalarını həyata keçirmək;
• Riteyl Qeyri-kredit Məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
• Riteyl Qeyri-kredit Məhsulları üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
• Riteyl Qeyri-kredit Məhsulları və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
• Yeni Riteyl Qeyri-kredit Məhsullarının yaradılmasında iştirak etmək;
• Riteyl Qeyri-kredit Məhsulları üzrə yeniliklər barədə filialları məlumatlandırmaq;
• Riteyl Qeyri-kredit Məhsulları üzrə hesabatların hazırlanması;
• Əməliyyat sahəsində çalışan əməkdaşların bilik səviyyəsinin yoxlanılması və artırılması üçün tədbirlər həyata keçirmək;
• Əməliyyat sahəsində yeni işçilərin işə götürülməsində iştirak etmək və rotasiyasını təşkil etmək və Əməliyyat bölməsinə verilən planın hazırlanmasında iştirak etmək;
• Ehtiyac yarandıqda Əməliyyat bölməsi üçün satış texnikası mövzuları üzrə təlimlərin keçirilməsinə İnsan Resursları Departamenti ilə birlikdə nəzarət etmək;

Vəzifəyə olan tələblər:

• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
• Bankda riteyl satışlarda ən azı 3 il iş təcrübəsi;
• Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
• Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilini bilən şəxslərə üstünlük verilir;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Gərgin iş şəraitində işləmək bacarığına malik olmaq;
• Liderlik qabiliyyətinə malik olmaq;
• Analitik düşünmə qabiliyyətinə malik olmaq.

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər