13 C
Baku
Thursday, May 9, 2024

Qeyri-kredit Satış Departamentinə Korporativ Qeyri-kredit Məhsul Meneceri – Rabitabank OJSC

abitəbank ASC-nin Qeyri-kredit Satış Departamentinə Korporativ Qeyri-kredit Məhsul Meneceri vəzifəsinə işə qəbul elan edilir!

Vəzifə öhdəlikləri:

• Korporativ Qeyri-kredit Məhsulları üzrə kampaniyaların təşkili və həyata keçirilməsinə təkliflər vermək və  nəzarət etmək;
• Korporativ Qeyri-kredit Məhsullarının təkmilləşdirilməsi üçün bazar və bankdaxili araşdırmalarını həyata keçirmək;
• Korporativ Qeyri-kredit Məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
• Korporativ Qeyri-kredit Məhsulları üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
• Korporativ Qeyri-kredit Məhsulları və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
• Yeni Korporativ Qeyri-kredit Məhsullarının yaradılmasında iştirak etmək;
• Korporativ Qeyri-kredit Məhsulları üzrə yeniliklər barədə filialları məlumatlandırmaq;
• Korporativ Qeyri-kredit Məhsulları üzrə hesabatların hazırlanması;
• Əməliyyat sahəsində çalışan əməkdaşların bilik səviyyəsinin yoxlanılması və artırılması üçün tədbirlər həyata keçirmək;
• Əməliyyat sahəsində yeni işçilərin işə götürülməsində iştirak etmək və rotasiyasını təşkil etmək və Əməliyyat bölməsinə verilən planın hazırlanmasında iştirak etmək;

Vəzifəyə olan tələblər:

• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
• Bankda korporativ satışlarda ən azı 3 il iş təcrübəsi;
• Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
• Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilini bilən şəxslərə üstünlük verilir;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Gərgin iş şəraitində işləmək bacarığına malik olmaq;
• Liderlik qabiliyyətinə malik olmaq;
• Analitik düşünmə qabiliyyətinə malik olmaq.

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər