Başqalarının təriflərinə ehtiyacları olmayan insanlar özlərini müstəqil aparırlar və ətrafdakı insanların onlar haqqında nə fikirləşdiklərinə görə narahat olmurlar. Digər tərəfdən, belə insanlar özlərinə əmin olurlar.
Digər insanların onları tərifləmələrinə ehtiyacları olan insanlar isə ətrafdakılarla çox saylı münaqişəyə girirlər.
Adətən belə insanların az dostları olur, onlar özlərini tənha hiss edirlər və əksər hallarda onlarda belə bir təəssurat formalaşır ki, “bütün dünya onlara qarşıdır”.
Lakin bu cür insanlar hər kəsin xoşuna gəlməyə çalışırlar. Əgər onlarda bu hiss çox güclü inkişaf edibsə, onlar bir növ “yaltaq”lara çevrilirlər, öz fikrini söyləmir. Üstəlik belə insanlar hər kəsin xoşuna gələ bilmədikləri üçün çox üzülürlər.