9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələdi

20 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.000%) və 94.1039 AZN (6.3000%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.7000%), orta ölçülmüş qiyməti 92.9934 AZN (7.5760%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 391 200,00AZN, yerləşdirilmiş həcmi isə 40 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 19 noyabr 2020-ci il.

Hərrac iştirakçıları 21 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər