24 C
Baku
Friday, September 27, 2024

Metallurgiyanın inkişafı pulların tarixçəsinə necə təsir edib?

Daha qədim zamanlardan insanlar anlamışlar ki, istənilən digər məhsula dəyişməyə mümkün olan yeganə məhsul pullardır. Ən yaxşı pullar isə qızıl və gümüş pullardır. Antik dövrdə qızılların və gümüşlərin ən böyük yataqları Misirdə, Hindistanda, Çində, Kolxidada, Karpatda, Pireney adasında  yerləşirdilər. Beləliklə, xüsusilə bu ölkələrdə metallurgiya inkişaf etməyə başlayır.

Qədim zamanlarda kiçik əməliyyatlar üçün qızıl və gümüş sikkələr, böyük əməliyyatlar üçün isə qızıl külçələr istifadə olunurdular. Bu pullar dövriyyədə olduqları üçün metal heç yerə yox olmurdu. Lakin buna baxmayaraq orta əsrlərdə yuxarıda qeyd etdiyimiz ölkələrdə qızıl ehtiyatları azalmağa başlayır və qızıl qıtlığı hiss olunmağa başlayır. VIII əsrdən etibarən XII əsrədək ümumiyyətlə qızıl pullar istehsal olunmurdular. Orta əsrlərdə Avropada metallurgiya gümüşün çıxarılmasına köklənmişdi.

124871_or

Orta əsrlərə aid ən böyük nailiyyətlər dağ-mədən və filiz emalı proseslərinin mexanizasiyası ilə bağlıdır. XV əsrin sonunda qızıl və gümüş metallarının ehtiyyatları 7 milyon kiloqram təşkil edirdi. Həmçinin orta əsrlərdə əlkimya da inkişaf etməyə başlayır. Əlkimyaçılar metallurgiyanın gələcək inkişafı üçün iki vacib ixtiralar etmişdilər: aşkarlamışdılar ki, qızıl azot və xlorid turşularının qarışığında həll olunur və həmçinin mis və qurğuşun kimi metalların əridilməsi zamanı adi istehlakçının qızıldan ayıra bilməcəyi bir maddə alınır. Bu ixtiralar saxta sikkələr düzəldən dələduzların yollarını açır.

Yeni dövrün başlanğıcı nəqliyyat kommunikasiyalarının inkişafı, yeni ərazilərin aşkarlanması ilə yadda qalmışdır. Aşkarlanmış yeni ərazilərindən biri də Amerika qitəsi olmuşdur. Bu qitə yarım əsr ərzində Avropanın qızıl mənbəsi olmuşdur. Amerikadan savayı XV əsrlərin sonlarında Avropaya Afrikadan da qızıl gəlməyə başlayır.

Bununla yanaşı metallurgiya da inkişaf etməyə başlayır. Yeni üsullar icad olunmağa başlayır.

Qızıl və gümüş ehtiyatları çoxaldıqları üçün ödəmə vasitələri seçimi yaranır. Bazar məzənnələri idarə etməyə başlayır.

Son xəbərlər
Digər xəbərlər