8 C
Baku
Thursday, December 12, 2024

2023-cü ildə onlayn ödənişlər zamanı dəymiş zərər 48 milyard dollar təşkil edəcək

“Juniper Research” şirkətinin analitikləri onlayn ödənişlər zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərərə həsr edilmiş araşdırma aparıb və bu problemlə bağlı yaxın illər üzrə proqnoz veriblər.

Banker.az “ICTnews”ə istinadən yazır ki, bu proqnoza əsasən, 2023-cü ildə məhsul və xidmətlərin onlayn ödənişi zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərər 48 milyard dollar təşkil edəcək. Müqayisə üçün, cari ildə bu göstərici 22 milyard dollar məbləğində proqnozlaşdırılır. Başqa sözlə, 5 il ərzində zərərin həcmi 2 dəfədən çox artacaq.

Problemin müxtəlif aspektlərini nəzərdən keçirən və müvafiq riskləri təhlil edən analitiklər dəymiş zərərin əsas səbəbini müəyyənləşdiriblər. Onların fikrincə, bu, fərdi məlumatların mühafizəsinin zəif olması ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər