10 C
Baku
Thursday, December 12, 2024

“AtaBank”dan şəhid ailələrinə diqqət

Azərbaycan Respublikasının Prezidentinin yeni imzaladığı fərman ilə bağlı nəzərinizə aşağıdakı məlumatı çatdırmaq istərdik:

Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə fərmanla müəyyənləşdirilmiş qaydada 11 000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.

Qeyd edilən vəsaitin hesabdan məxarici zamanı AtaBank tərəfindən komissiya tətbiq edilməyəcək, yəni müştəri köçürmə yolu ilə daxil olan vəsaiti tam şəkildə 11 000 AZN məbləğində məxaric edə biləcək.

Müraciət edən müştərilərə cari hesab açılır. Kart hesabı açıldığı təqdirdə, köçürmə yolu ilə vəsait daxil olduqda komissiyanın avtomatik tutulmasını nəzərə alaraq komissiya məbləği geri qaytarılacaq.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

Son xəbərlər
Digər xəbərlər