6 C
Baku
Sunday, December 15, 2024

“ASAN Məktub” AccessBank-ı təltif edib

AccessBank “ASAN Məktub” təşəbbüsündə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.

Təltifetmə mərasimi “ASAN Məktub” layihəsinin 3 yaşına həsr olunan tədbirdə baş tutub. Təşəbbüsün fəal iştirakçıları müxtəlif sahələri təmsil edən şirkətlər və təşkilatlar olub. Qeyd edək ki, AccessBank təşəkkürnaməyə layiq görülən yeganə bankdır.

 

AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova: “Düz 3 ildir ki, “ASAN Məktub” layihəsi kiçik ürəklərə böyük sevinc yaşadır. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların diqqət mərkəzində saxlanılması AccessBank-ın Korporativ Sosial Məsuliyyətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də bizim vətəndaş borcumuzdur. Məhz bu baxımdan biz sevə-sevə “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq etdik, bizim gələcəyimiz olan balacaların arzularını gerçəkləşdirdik“.

Departament rəhbəri əlavə edib ki, ilin sonunadək AccessBank “ASAN Məktub” layihəsi çərçivəsində növbəti dəfə kiçik ürəklərə sərhədsiz sevinc yaşadacaq.

Son xəbərlər
Digər xəbərlər