Ümumilikdə, mart ayında 15 günədək iş günü olmayacaq
Mart ayında bayramlarla əlaqədar ümumilikdə 10 gün qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin bildirdiyinə görə, bu il martın 8-i Beynəlxalq Qadınlar Günü şənbə gününə təsadüf etdiyi üçün martın 10-u bazar ertəsi qeyri-iş günü sayılacaq. 5 günlük iş rejimində çalışanlar martın 10-nu da istirahət günü kimi qeyd edəcəklər.
Martın 10-u 6 günlük iş rejimində çalışan şəxslər üçün istirahət günü hesab edilmir.
Akif Əli bildirib ki, eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq.
Ümumilikdə, mart ayında 15 günədək iş günü olmayacaq.
Oxu.az