6 C
Baku
Sunday, December 15, 2024

Korporativ satış departamentinin inzibati köməkçis — Bank Respublika ASC

“Bank Respublika” ASC “Korporativ satış departamentinin inzibati köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

–  Rəhbərliyə və aidiyatı bölmələrə imza üçün sənədlərin təqdim olunması;

–  İcrada olan məsələlərə nəzarət etmək;

–  Şöbə və filiallar ilə işgüzar yazışmaların aparılması;

–  Aidiyyatı sənədlərin təhlili, cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

 

Namizədə qarşı tələblər:

–  Ali təhsil

–  Azərbaycan dili əla (yazılı və şifahi ), Rus və İngilis dilləri (arzuolunan)

–  Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),

–  Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;

–  Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

–  Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;

–  Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

–  Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

–  Əlverişli iş mühitində çalışmaq imkanı;

–  Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Korporativ satış departamentinin inzibati köməkçisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

–  Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;

–  Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər