Rusiya və onun bir sıra ticari-iqtisadi tərəfdaşları SWIFT-dən asılı olmayan banklararası hesablaşma sistemlərinin yaradılması üzərində çalışırlar.
Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumu zamanı bildirib.
“Biz indi bəzi ölkələrlə – ticar-iqtisadi tərəfdaşlarımızla SWIFT-dən asılı olmayan sistemlər yaratmaq üzərində fəal çalışırıq”, – V.Putin deyib.
Qeyd edək ki, SWIFT məlumatların ötürülməsi və ödənişlərin edilməsi üzrə beynəlxalq banklararası sistemdir. 10,8 mindən artıq böyük təşkilat və 200-dən çox ölkə ona qoşulub.