Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili qalib gəlib.
Banker.az mənbəyə istinadən bildiririr ki, bu barədə Gürcüstan MSK-sı məlumat yayıb.
Məlumata görə, S.Zurabişvili səslərin 99,7 faizinin hesablanmasından sonra 59,56 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,44 faiz səs toplayıb.
Məlumata əsasən, S.Zurabişviliyə 1 146 063 nəfər, Q.Vaşadzeyə isə 778 162 nəfər səs verib.
©BakuPost