Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub.
Banker.az “Report”a istinadən xəbər verir ki, noyabrın 29-da Bakı vaxtı ilə saat 10:00 radələrində Nazirliyin binasında yanğın siqnalizasiyası işə düşüb.
Bildirilib ki, lift şaxtasındakı kabellər yanıb, hadisə ilə əlaqədar Nazirliyin işçiləri binadan təxliyyə ediliblər.
Hadisə yerinə 6 yanğınsöndürən texnika cəlb edilib.
Yanğının səbəbi ilə bağlı məlumat yayılmayıb.