10 C
Baku
Thursday, December 12, 2024

Yaponiya büdcəsinin ilk dəfə 100 trilyon yen həddini aşacağı gözlənilir

2019-cu ilin aprelində başlayacaq növbəti maliyyə ilində Yaponiyanın milli büdcəsinin ümumi xərclərinin ilk dəfə 100 trilyon yen və ya təqribən 900 milyard dollar həddini aşacağı gözlənilir.

Banker.az bildirir ki, bu barədə NHK telekanalıxəbər verir.

Bu cür artım əsasən gələn ilin oktyabrında artması gözlənilən istehlak vergisinin təsirini azaltmaq, həmçinin infrastrukturu möhkəmlətmək tədbirləri ilə əlaqələndirilir.

Hökumət nümayəndələri yekun büdcə planının Nazirlər Kabineti tərəfindən dekabrın sonlarında bəyəniləcəyinə ümid edir.

Azərtac

Son xəbərlər
Digər xəbərlər