“NBC Bank” ASC
Biznes krediti mütəxəssisi
Tələblər:
– Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
– Bank sektorunda Biznes krediti mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi
– Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
– İnsanlarla ünsiyyət qurma bacarığı.
– Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
– Analitik qabiliyyət.
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
– MS Office proqramlarında işləmə bacarığı
Vəzifə öhdəlikləri:
– Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması.
– Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
– Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
– Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
– Banka perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması
– Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə
Email: [email protected]
Telefon (012) 566 46 46 ; 932 218