5 C
Baku
Saturday, December 14, 2024

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları” bu tarixdən qüvvəyə minəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. Banker.az bildirir ki, bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.

Qaydalara əsasən, hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır: xalis spot mövqe, xalis forvard mövqe, eləcə də qarantiyalar və digər alətlər.

Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:

müddəti bir ilədək olduqda – 20%

müddəti bir ildən çox olduqda – 50%

müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə– 10%.

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutalar bunladır: ABŞ dolları, avro, Kanada dolları, yapon yeni, ingilis funt sterlinqi, İsveçrə frankı, Beynəlxalq Valyuta Fondunun xüsusi borc alma hüquqları, beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə(suveren) borc reytinqinə(və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutaları.

Qaydalar 2019-cu il mart ayının 1-dən qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər