10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın maliyyə sektoruna nəhəng oyunçu gəlir

Azərbaycanın maliyyə xidmətləri sektorunu mühüm dəyişiklik gözləyir. Banker.az bildirir ki, yaxın vaxtlardan bu sektorda yeni oyunçu daxil olacaq. Söhbət ölkənin yeganə poçt operatoru olan “Azərpoçt”dan gedir. 2019-cu ildən etibarən “Azərpoçt” ölkə bankları və sığorta şirkətlərinə agent xidməti göstərməyə başlayacaq.

Bu barədə mənbəyə “Azərpoçt”un baş direktoru Emin Əfəndiyev məlumat verib. Onun sözlərinə görə, poçt operatoru həm banklar, həm də sığorta şirkətləri üçün agent xidməti göstərməyə hazırlaşır: “Söhbət bütün bank məhsullarından, o cümlədən kredit və əmənatlərin qəbulundan gedir, paralel olaraq sığorta şirkətləri üçün də agent xidmətinə başlamağı plaqlaşdırırıq”.

E.Əfəndiyev bildirib ki, hazırda “Azərpoçt” bununla bağlı bank və sığorta şirkətləri ilə danışıqlar aparır. “Azərpoçt”un özünün göstərdiyi maliyyə xidmətlərinin sırasının genişlənməsinə, məsələn, buraya mikrokreditləşmənin əlavə olunmasına gəlincə, baş direktor bildirib ki, yaxın vaxtlarda bu nəzərdə tutulmur.emin efendiyev

©fed.az

 

Son xəbərlər
Digər xəbərlər