22 C
Baku
Friday, September 27, 2024

Hər yerin öz çətinlikləri var

Günlərin bir günü müəllim öz tələbələri ilə böyük bir bazarda gəzintiyə çıxırlar. Tələbələrdən biri müəllimindən soruşur:

– Müəllim, harada işləmək daha çətindir: böyük mağazada, kiçik mağazada, yoxsa belə bir bazarda?

– Sən burada işləmək istəyərdin? – deyə müəllim soruşur.

-Yox, təbii ki!

– Nəyə görə?

Tələbələrdən biri cavab verir:

– Kiçik mağazada az alıcı olur və onlar satıcını yaxşı tanıyırlar. Satıcı alıcıların qayğısına öz dostları və qohumları kimi yanaşır.

Böyük mağazada isə, əksinə, satıcı çoxdur, heç kəs heç kimi tanımır və satıcılar adətən müştərilərin qayğısına qalmır. Satıcı müştərilərin daha çox ərzaq almalarının qayğısına qalırlar.

Bazarda isə hər kəs hər şeyi görür, hər kəs hər kəsi tanıyır.

Bununla yanaşı hər bir satıcı daha çox ərzaq satmağa çalışır.

Müəllim bir anlıq susur və diqqətlə tələbəyə baxır.

Qəfildən tələbə deyir:

– Mən başa düşdüm, müəllim, ən çətini burada işləməkdir.

Müəllim gülümsəyir və cavab verir:

– Sən heç nə başa düşmədin! Hər yerin öz çətinlikləri var.

Son xəbərlər
Digər xəbərlər