1696-cu ildə İngiltərədə pəncərələrə vergi tətbiq olunmuşdu. Lakin hər pəncərədən vergi tutulmurdu. Evlərində 10-dan 14-ə qədər pəncərə olan ev sahibləri bir məbləğ, 15-dən 19-a qədər pəncərələri olan ev sahibləri digər bir məbləği ödəməli idilər. İlkin olaraq pəncərələrə vergi II Vilyamın kral xəzinəsini artırmaq üçün nəzərdə tutulmuşdu.
1747-ci ildən 1808-ci ilə qədər bu vergi altı dəfə yüksəldilmişdi. Bu vergini toplamaq çox asan idi, çünki bütün pəncərələr küçədən görünürdülər. Pəncərələrə vergilərin tətbiq olunması ingilis şəhərlərində az saylı pəncərələri olan, hətta pəncərəsiz binaların tikilməsinə səbəb olmuşdu.
Həmçinin bu vergi şüşələrin istehsalına da mənfi təsir etmişdi.
1851-ci ildə İngiltərədə əhalinin sayının artmasına baxmayaraq şüşələrin istehsal səviyyəsi 50 il ondan əvvəl olan istehsal səviyyəsinə bərabər idi.
İngilis həkimləri şikayət edirdilər ki, bu vergi nəticəsində çox otaqlı evlərin pəncərələri yox idi və bu da öz növbəsində xəstəliklərin artmasına səbəb olur. Pəncərəsiz mənzillərdə qaranlıq və rütubət hökm sürürdü.
1851-ci ildə pəncərələrə tətbiq olunan vergi ləğv olunmuşdu.
Həmçinin Napoleon da 1798-ci ildə Fransada buna bənzər vergi tətbiq etmişdi. Onun tətbiq etdiyi vergi pəncərə və qapılardan tutulurdu və 1926-cı ilə qədər qüvvədə qalmışdı.