Fransanın “Chanel” şirkəti məhsullarında təbii xəz və ekzotik heyvanların dərisini istifadə etməmək qərarına gəlib.
Banker.az Trendə istinadən xəbər verir ki, bunu WWD portalı moda evinin “fashion” istiqamətinin direktoru Bruno Pavlovski deyib.
Şirkət timsahı, kərtənkələ, ilan və skat dərisinin istifadəsini dayandıracaq.