26 C
Baku
Tuesday, April 30, 2024

Fransa hökuməti benzinin bahalaşma qərarını ləğv edib

Bunu dekabrın 5-də Fransa prezidenti Emmanuel Makron bəyan edib.

Banker.az bildirir ki, Milli Assambleyada çıxışı zamanı Baş nazir Eduard Filip yanacaq vergisinin artırılması barədə qərarın 6 aylıq dondurulacağını bildirmişdi. Ancaq “Sarı jiletlilər” aksiyasının üzvləri bu qərarla razılaşmamış və aksiyanı davam etdirəcəklərini bildirmişdilər.

Hökumət yanacaq vergisinin artırılması barədə qərarını donduracağını elan etdikdən sonra ölkədə yenidən dekabrın 8-də etiraz aksiyalarına çağırışlar olunmuşdu. Bu çağırışlardan sonra Parisdə keçirilməsi planlaşdırılmış bir çox tədbirlər ləğv edilib, futbol üzrə ölkə çempionatının 2 matçının vaxtı dəyişdirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər