“Azərbaycan Kredit Bürosu” MMC-də (AKB) ölkədə fəaliyyət göstərən lizinq şirkətləri ilə görüş keçirilib.
Banker.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, tədbiri giriş sözü ilə açan AKB-nin baş direktoru Elçin Həbibov iştirakçılara Büronun xidmətləri və lizinq təşkilatları ilə görüləcək işlər barədə məlumat verib.
Görüşdə AKB-nin əməkdaşları Büronun xidmətləri, bu sahədə qabaqcıl təcrübələr və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı təqdimatlar edib. Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.