Hökümət çirkli pulların yuyulması ilə aparılan mübarizə çərçivəsində proqramın qaydalarını yenidən nəzərdən keçirəcəkdir. Banker.az bu barədə “Vedomosti” qəzetinə istinad edir.
Yerli hakimiyyət orqanları, Tier 1 (İnvestor) proqramını, viza verilməsi qaydaları yenidən nəzərdən keçirildikdən sonra, 7 dekabr 2018-ci il gecə yarısından başlayaraq 2019-cu ilin əvvəlinə qədər dayandıracaq. Artıq təqdim edilən ərizələrə baxılacaq, amma yeni ərizələr daha qəbul olunmayacaq.
Tier 1 (İnvestor) tipli vizasını ölkə iqtisadiyyatına $2,5 milyon məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Həmçinin, bu viza, ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır.
Bu növ vizalar “qızıl vizalar” kimidə tanınmışdır, The Guardian bildirir: Tier 1 proqramı tez-tez tənqidə məruz qalırdı, səbəb isə ondan ibarət idi ki, bu viza, xarici oliqarxlara ölkəyə daxil olub çirkli pulların yuyulması ilə məşğul olmaq imkanını yaradırdı.
Böyük Britaniya hökuməti ölkənin qanunvericiliyinə tabə olan və yerli iqtisadiyyata və biznesə sərmayə etməyə hazır investorlara həmişə açıq olduğunu söylədi. Lakin, ölkənin səlahiyyətli şəxsləri sistemdən sui-istifadə etmək istəyən insanlara qarşı səbr göstərməyə razı olmadıqlarını bildirdilər , immiqrasiya naziri olan Kerolayn Noks bildirib.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 10 il ərzində təxminən 3 min nəfər bu proqramdan istifadə edib, onlardan 60%-ı Rusiya və Çin vətəndaşlarıdır. İngiltərə hakimiyyəti Solsberidəki hadisədən sonra 2018-ci ilin mart ayında investorlara viza verilməsi proqramını yenidən nəzərdən keçirməyə başlayıb.