26 C
Baku
Tuesday, April 30, 2024

Hesab üzrə mütəxəssis (Bərdə) – “Bank Respublika” ASC

“Bank Respublika” ASC Bərdə filialına “Hesab üzrə mütəxəssis (Bərdə)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •  Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  •  Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  •  Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  •  Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  •  Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  •  Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  •  Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  •  Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  •  Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqları tutmaq;
  •  Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  •  Ali təhsil;  İş təcrübəsi: tələb olunmur;  Azərbaycan dili- əla (yazılı və şifahi );  Komputer bilikləri. Microsoft Office Programs (Word, Excel);
  •  Yüksək ünsiyyət bacarığı;  Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;  Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;  Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;  Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Hesab üzrə mütəxəssis (Bərdə)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər