10 C
Baku
Friday, December 13, 2024

OPEK Rusiya ilə neft hasilatının azaldılmasına  dair  razılaşma əldə etməyə çalışır

Mənbələrdən birinə görə, OPEK-in irəli sürdüyü təkliflərdən biri  Rusiyanın neft hasilatının gündə 300 min barelə qədər azaldılmasından ibarətdir.

Banker.az “RİA” Novestiyə bu barədə istinad edir.

Eyni zamanda, digər bir mənbədə qeyd edildi ki, OPEK  Rusiyanın birbaşa deyil, tədricən neft hasilatının azaltması ideyasını da dəstəkləyir. Hal-hazırda, OPEK bu təklifə Moskvanın cavabını gözləyir.

Dekabrın 5-də Vyanada OPEC + monitorinq komitəsinin keçiriləcək iclasında, bazarda balansın saxlanılması üçün neft hasilatının azaldılması və nə qədər azaldılması barədə əməliyyatda iştirak edəcək ölkələrə tövsiyə veriləcək.

OPEK və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEC +),  2016-cı ilin sonunda Vyanada razılığa gəldilər. Razılaşmaya əsasən, neft hasilatı gündə 1,8 milyon barelə qədər azaldılmalıdır, onun 300 min bareli isə Rusiyanın payında düşməlidir. 2017-ci ilin əvvəlində başlayan müqavilə 2018-ci ilin sonuna qədər uzadılıb.

Son illərdə OPEK ölkələri 2019-cu ildə bazarda neft xammalının artıqlığından tez-tez danışırlar. Bu fakt, OPEK+ ölkələrini müqavilə çərçivəsində neft hasilatını azaltmaq qərarına  təkan verə bilər.

Son xəbərlər
Digər xəbərlər