7 C
Baku
Thursday, December 12, 2024

Kreditlərə Nəzarət bölməsinin rəhbəri ( Sumqayıt, Gəncə, Tovuz, Ağstafa, Zaqatala, Xaçmaz, Ağcabədi, Cəlilabad ) – TuranBank ASC

Vəzifə:  Kreditlərə Nəzarət bölməsinin rəhbəri

İşə götürən:   TuranBank ASC      
Şəhər:            Bakı şəhəri
Yaş həddi:       25-35

Vəzifəyə olan tələblər:

• Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
• Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və iri biznes kreditləri sahəsi üzrə);
• Analitik təhlil və düşünmə bacarığı;
• İstehlak kreditlərin qiymətləndirilməsi üzrə bacarıqlar;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
• Yüksək ünsiyyət qurma bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Vəzifə öhdəlikləri:

• Filiala daxil olan biznes kreditləri üzrə müraciətlərin yerində təhlil edilərək qiymətləndirilməsi,
• Filialın kredit komitəsinin üzvü olmaqla kreditlər barədə rəy verilməsi,
• Kredit şöbəsi tərəfindən sağlam kreditləşmənin həyata keçirilməsinə nəzarət edilməsi,
• Filial tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
• Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
• Verilmiş kredit müqabilində qəbul edilmiş təminatların qiymətləndirilməsi.

Qeyd: Sumqayıt, Gəncə, Tovuz, Ağstafa, Zaqatala, Xaçmaz, Ağcabədi və Cəlilabad şəhərləri üzrə

Anketlərinizi  [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kreditlərə Nəzarət bölməsinin rəhbəri” yazmağı unutmayın.

Son xəbərlər
Digər xəbərlər