Departament: Risklərin İdarə Edilməsi
Şöbə: Kredit Risklərinin Strateji İdarə Edilməsi Şöbəsi
Vəzifə: Baş mütəxəssis
Vəzifə öhdəlikləri:
• Bankın risklərin təhlili metodologiyasının təkmilləşdirilməsi;
• Bankın fəaliyyət istiqamətləri və kredit sahəsinə xarakterik olan riskləri müəyyən etmək, dəyərləndirmək və idarəedilməsi istiqamətində təkliflər vermək;
• Risk Xəritəsini, o cümlədən kredit risklərinin xəritəsini hazırlamaq. Müxtəlif təhlilləri, o cümlədən Portfelin inkişaf dinamikası (PD), Kaskad təhlili (Cascade Analyses/Transmission Matrix) və Vintaj təhlili (Vintage Analyses) aparmaq;
• Kredit portfelini təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək;
• Bankın struktur bölmələrində kredit risklərinin idarə edilməsi işinin qanunvericiliyə, habelə daxili təlimatlara, qaydalara və risk siyasətinə uyğun aparılmasını qiymətləndirmək;
• Bankda biznes proseslərinin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsil
• Bankın risklərin idarə edilməsi, audit, kredit və ya kreditlərə nəzarət bölmələrində 3 il və daha çox iş təcrübəsi
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı
• Rus və İngilis dillərində danışma və oxuma bacarığı
• MS Office proqramlarından istifadə bacarığı
Tərcümeyi-halınızı (CV) [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə müvafiq vakansiyanın adını qeyd etməyi unutmayın.