Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih ABŞ prezidenti Donald Trampın neft hasilatının azaldılmasına razılığı haqqında sualı cavab verərkən qeyd edib ki, neft hasilatının həcmini azaltmaq üçün ona heç kimin icazəsi lazım deyil. Bu barədə Banker.az “RİA Novosti”yə istinadən xəbər verir.
“Daha əvvəl də dediyim kimi prezidenti Donald Tramp ABŞ istehlakçılarının maraqlarından danışır. ABŞ dünyada ən böyük neft istehlakçısıdır. Ona görə də o 20 faiz neft bazarı üçün narahat olduğunu dedikdə haqlıdır. Biz bu yaxınlarda energetikanın Fransaya təsirini, neftə təsirini, məzənnələrə təsirini, inkişaf edən ölkələrdə iqtisadiyyatın inkişafına təsirini gördük”, – deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, OPEC + ölkələrinin həll etdiyi məsələlər dünya iqtisadiyyatına və ayrı–ayrı ölkələrə təsirsiz ötüşməyə bilməz: “Biz buna ciddi yanaşırıq, bu Səudiyyə Ərəbistanının siyasətində olduqca önəmli faktordur. Mən ümid edirəm ki, bu digər ölkələr üçün də belədir. Bütün bunlar bu gün və sabah davam edəcək danışıqlarda nəzərə alınacaq”.
Sputnik.az