Kapital Bank 8 Mart münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 martdan 7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştəri həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaq.
Bank 6000 manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kampaniya müddətində kreditlər 24%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir.