9 C
Baku
Thursday, December 12, 2024

Əməkhaqqılarının “kölgə”dən çıxması bank sektoruna müsbət təsir edəcək

“Verg Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının kölgədən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.

Banker.az bildirir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda b ir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzun müddətli kreditlərin, istərsə də qısamüddəli kreditlərin cəlb edilməsi üçün böyük bir məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən bir amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, – deyə M.Cabbarov vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər