Ağalarovlar ABŞ seçkilərinə müdaxilə ilə bağlı iddianın rədd edilməsi üçün məhkəmədə vəsatət qaldırıblar. “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov və vitse-prezidenti Emin Ağalarov Nyu-York ştatının Cənub dairə məhkəməsinə bununla bağlı müraciət edib.
Belə ki, onlar Demokratlar Partiyasının Rusiya Federasiyasının 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkiləri prosesinə müdaxilə ilə bağlı iddiasını əsassız hesab edir.
Banker.az bildirir ki, TASS bu barədə yazır ki, bu haqda bir qrup vəkilin Cənub Dairə məhkəməsinə (Nyu-York) təqdim etdiyi sənəddə qeyd olunur.
Vəkillərin yazdığına görə, cavabdeh tərəf məhkəmədən Ağalarovlara yönəlik iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etməyi xahiş edib.
Onlar əmin edir ki, Demokratlar Partiyasının iddia ərizəsində seçki prosesinə “müdaxilə” ilə bağlı “əlbirlikdə”, o cümlədən hansısa kompüter fayllarının oğurlanması məqsədi daşıyan hərəkətlərdə Ağalarovların iştirak etdiyini isbat edən hər hansı fakt göstərilməyib.
Qeyd edək ki, aprelin 20-də Demokratlar Partiyasının Cənub Dairə məhkəməsinə təqdim etdiyi iddia ərizəsində cavabdeh tərəflər kimi Rusiya Federasiya, RF Silahlı Qüvvələri Baş Qərargahının baş idarəsi, “Crocus Group”un prezidenti A.Ağalarov, “Crocus Group”un vitse-prezidenti E.Ağalarov, həmçinin “WikiLeaks” təşkilatı, ABŞ prezidenti Donald Tramp, onun oğlu Tramp-kiçik, Respublikaçıların seçki qərargahının keçmiş başçısı P.Manafort, onun işgüzar tərəfdaşı R.Qeyts və D.Trampın seçki kampaniyası zamanı müşaviri olmuş D.Papadopulos göstərilib.
İddiaçıların əmin edir ki, D.Trampın seçki qərargahının əməkdaşları Demokratik Partiyanın 2016-cı il seçkilərindəki namizədi Hillari Klintonun nüfuzuna xələl gətirmək üçün RF və “WikiLeaks” nümayəndələri ilə əməkdaşlıq edib.
Demokratların versiyasına görə, bu məqsədlə Demokratlar Partiyasının kompüterləri kibehücumlara məruz qalıb, şəxsi və məxfi sənədlər oğurlanaraq ictimailəşdirilib və bu, Trampın seçkilərdə qələbə qazanmasına vəsilə olub.