“Hermes Finance” QSC nizamnamə kapitalını 17 dəfə artıraraq 30 min manatdan 510 min manata çatdırıb.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat verib.
Xatırladaq ki, nazirlik adı çəkilən şirkəti bu il mayın 14-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 116, mənzil 226, qanuni təmsilçisi isə Vüqar Valeh oğlu Məmmədovdur.