10 C
Baku
Tuesday, November 26, 2024

Evlərin qiyməti yenidən qalxdı

“Sovetskidə sökülən mənzillərin sahibləri nəğd pul şəklində kompensasiya alacaq. Yəni, təxminən 10 000 ailə dövlət büdcəsi tərəfindən kompensasiya alacaq. Bu isə o deməkdir ki, əmlak bazarına 10 000 alıcı daxil olacaq”.

Elə bu sözləri eşidən kimi ölkədə əmlak bazarında yaranan vəziyyət haqda düşündük. Çünki bilirdik ki, bu sözlər əmlak bazarına öz təsirini göstərəcək.  Bunu  daha da dəqiqləşdirmək istədik. Və  iqtisadçi ekspert Vüqar Bayramovun  Banker.az saytına verdiyi müsahibədən yararlandıq.

 Ekspertin proqnozlarına əsasən “2014-cü ildə əmlak bazarında təxminən 20 % artım müşahidə olunacaq. 2008-ci ildə olan qlobal maliyyə böhranından sonra ilk dəfə olaraq  ən ciddi artım məhz 2013-cü ildə əmlak bazarında qeydə alınıb. Belə ki, 2014-cü ildə də artım tempinin davam edəcəyi gözlənilir. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, əmlak bazarında olam qiymət artımı yenə davam edəcək. Belə olan halda isə hətta Sovetskidə yaşamayan, yəni evləri sökülməyən və ümumiyyətlə mənzil almağa hazırlaşan vətəndaşlar da tez almaq barədə düşünürlər. Onlar fikirləşirlər ki, bu prosesi tez həyata keçirsinlər. Düşünürlər ki, qiymət artımı yenə də davam edəcək. Və hətta proqnozlar göstərir ki,  qiymət artımından qorxan və 2015-ci ildə mənzil almaq istəyən ailələr bunu daha tez etmək istəyirlər. Yəni, mənzil almaq prosesini məhz elə 2014-cü ildə həyata keçirmək istəyirlər”.

Söhbət son dövrlərdə bazarda baş verən qiymət dəyişikliyindən, eyni zamanda süni və spekulyativ amillərin təsiri nəticəsində yaranan qiymət artımından  gedir.

Hətta son vaxtlar əmlak bazarında alıcılarla mənzil sahibləri arasında  baş verən digər insidentlərdən də danışmaq istərdik. Məsələn, bir mənzil sahibi öz mənzilini satmaq üçün ev-alqı satqı mərkəzinə müraciət edib. Onun müraciəti əsasında isə müştəri ilə mənzil sahibi arasında danışıqlar aparılıb. Və nəticədə qiymət razılığına gəlinib. Amma məhz ev alqı-satqı günü birdən məlum olub ki, ev sahibi artıq bu qiymətə razı deyil. Açıqlaması isə belə oldu:”Axşam xəbərlərdə eşitdim ki, qiymətlərdə artım müşahidə olunur. Hər şey bahadırsa, deməli ev də baha olacaq da….”

Bu aspektdən yanaşsaq, görərik ki, əmlak bazarında yaranan qiymət artımına  təkcə Sovetskidə sökülən evlər deyil, həm də süni qiymət artımı da  təsir göstərir.

Əminliklə deyə bilərik ki, əmlak bazarında olam qiymətlər nəinki iqtisadi göstəricilərə, həm də psixoloji qiymət artımına görə artır. Bu isə süni qiymət artımı deməkdir. Hətta ev alqı-satqısı ilə məşğul olan şirkətlər  mənzil bazarına bu qədər vəsaitin daxil olmasını biləndən sonra süni olaraq mənzilləri vətəndaşlara daha yüksək qiymətlərlə satmaq istəyirlər. Qiymət artımı bazarda baş verən proseslərlə də bağlıdır.

Ümumiyyətlə evlərin bahalaşması ümumi bahalaşmanın tərkib hissəsidir. Digər səbəblərə gəlincə isə demək istərdim ki, neft və qazın satış qiymətlərinin durmadan artması da evlərin qiymətinə təsir göstərir. Təbii ki, daşınmaz əmlakın da qiyməti onun ardınca qalxır. Axı bu qiymətlər bir-biri ilə bağlıdır. Digər bir səbəb isə budur ki, ölkədə bir çox sahibkarlar son vaxtlar öz sərmayələrini yalnız evlərə qoyurlar. Yəni, imkanlı şəxslər əllərində olan pulun dəyərinin aşağı düşməsindən qorxaraq həmin pulu evlərə yatırırlar. Bütün bunlar da  qiymətlərin artımına gətirib çıxarır.

 

 

Son xəbərlər
Digər xəbərlər