Qlobal miqyasda illik rüşvət həcmi 1 trilyon dollar təşkil edir. “Rüşvət hər il dünya iqtisadiyyatının 2,6 trilyon dollar itirməsinə gətirib çıxarır” – BMT- in Baş katibi Antoniu Guterreş Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə bildirib.
“Rüşvət dünyanın bütün ölkələrində var: zəngin və yoxsul, şimalda və cənubda, O, Birləşmiş Millətlər Təşkilatının dəyərlərinə və ideallarına hücum deməkdir. Rüşvət insanları məktəblərdən, xəstəxanalardan məhrum edir, investorları qorxudur və təbii ehtiyatların səmərəsiz istifadəsinə gətirib çıxarır”, – bildirən baş katibin sözləri BMT-nin xəbər mərkəzindən alındı.
“Ümumdünya İqtisadi Forumun verdiyi məlumata görə, rüşvət ilə bağlı illik itkilər ən azı 2,6 trilyon ABŞ dolları və ya dünya ümumi daxili məhsulunun 5% -ni təşkil edir”.
BMT-nin baş katibi həmçinin bildirmişdir ki, vergilərin ödənilməməsi, çirkli pulların yuyulması və digər maliyyə fırıldaqçılığı davamlı inkişaf hədəflərinə çatmaq üçün ciddi maneələr törədir.