Çin məhkəməsi “Apple” şirkətinin “iPhone” smartfonlarının 7 modelinin ölkədə satışına qadağa qoyub.
Banker.az bu barədə “Report”-a istinadən xəbər verir.
Agentliyin məlumatına görə, məhkəmə “Apple” şirkətini, patentlərin pozulmasında ittiham edən “Qualcomm”un iddiası üzrə qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə “iPhone”un bəzi modellərinin idxalına da ilkin qadağa tətbiq edib.
“Apple”in gəlirlərinin təxminən 20 faizi Çindəki satışdan əldə edilir.