Fransa Mərkəzi Bankı dünyanın ən gizli bazarında aktiv oyunçu olub. Bu haqda məlumat necə sızdı və nə üçün JP Morgan-aa ehtiyac var idi?
Mərkəzi bankların qızıl bazarı dünyada ən gizli maliyyə bazarından biridir, çünki onun strukturu və əməliyyatları barədə çox az məlumat vardır.
Banker.az “Vesti Ekonomika”ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayır.
Əslində, tənzimləyicilər özləri də şəffaflığın tərəfdarı deyil. Bəzi müşahidəçilərin fikrincə, mediayaya bu sahədə hər hansısa bir araşdırma aparmaq qadağan edilmişdir.
Bəs bu bazar özündə nəyi birləşdirir?
Burada Dünyanın Mərkəzi Bankları bütün qızıl ehtiyatlarını kommersiya banklarına verir, kommersiya bankları isə sonrakı dövrlərdə bu qızıl külçələrin yenidən satışını həyata keçirirlər. Bu əlaqələr, külçələrin qaytarılması üzrə öhdəliklər üzərində qurulur, yəni tənzimləyici bank bəzi kommersiya banklarının ona külçə borclu olduğunu bilir və hesabatlarında əslində ehtiyatda artıq olmayan qızılın mövcudluğunu qeyd edir.
Bir daha da qeyd edək ki, bütün bu sistem olduqca qeyri-şəffafdır və bu külçələrin hansı yolu keçdiklərini izləmək mümkün deyil.
Bu bazarın mərkəzində isə İngiltərə Bankı durur. O, digər mərkəzi banklara qiymətli metalın saxlanılması, habelə kommersiya bankları üçün müvafiq hesabların açılması kimi xidmətlər təklif edir.
Qiymətli metal bazarının London İştirakçıları Assosiasiyasının (LBMA) veb saytında bu haqda az da olsa məlumat tapmaq cəhdləri heç bir nəticə verməyib.
Son dövrlərdə Fransa Mərkəzi Bankın da bu bazara daxil olduğu barədə məlumat yayılmışdır. Qeyd edilir ki, bu, JP Morgan ( Amerika maliyyə holdingi) – in köməyi ilə baş tutub.
Fransa Mərkəzi Bankın JP Morgan ilə əlaqəsi haqqında məlumat oktyabr ayında LBMA-nın məqaləsində dərc edilmişdir. Bu məqalədə Bankın vitse-prezidenti olan Silviya Guların verdiyi məlumata əsasən, FMB digər mərkəzi bankların qızıl kredit bazarına çıxışını asanlaşdıracağı qeyd olunur.
Onun sözlərinə görə, 2012-ci ildə Fransa Bankı öz qızıl xidmətlərinin çeşidini genişləndirməyə başlayıb, eyni zamanda kommersiya banklarına müştərilərinin qızılını saxlamaq üçün xidmətlər təklif edib.
Bu kimi sərmayə xidmətləri indiyə kimi yalnız Londonda təklif olunurdu, lakin hal – hazırda Fransa Bankı da bu oyuna qatılıb və bazarın ən böyük iştirakçılarından biri olan JP Morgan ilə əməkdaşlığın köməyi ilə rəqabətqabiliyyətli olub.