“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Məqsəd:
Mərkəzləşmiş Məlumat İdarəedilməsi üzrə İşçinin (MMİI) iki başlıca vəzifəsi vardır:
1) müştəri məlumat bazasını saxlamaq üçün tələb olunan tərzdə məlumatları daxıl etmək və yeni kredit ərizələrini hazırlamaq və vaxtı-vaxtında kredit sənədlərini təhvil vermək. MMDİ “FİNCA Azerbaijan” Təşkilatının Məlumat İdarəetmə Sisteminin (MİS) mütəmadi olaraq təkmilləşdirilməsinin təmin edilməsinə xüsusi diqqət yetirməklə kreditvermə əməliyyatlarına kömək etmək üçün məsuliyyət daşıyır;
2) “FİNCA Azerbaijan” Təşkilatının filiallarından gələn kredit əməliyyatlarına dair uyğun qeydləri elektron MİS-ə daxil etmək, məsul olduğu ərazi üzrə qüvvədə olan maliyyə təlimat və qaydalarının həyata keçirilməsini təmin etmək. MMDİ əməliyyatlar şöbəsinin digər üzvləri ilə birlikdə çalışaraq bütün fəaliyyətin səmərəli yerinə yetirilməsini təmin etməlidir;
O eyni zamanda, cədvəlləşmə, yeni marketinq materiallarının hazırlanması və ümumi inzibati vəzifələr daxil olmaqla Kreditvermə Şöbəsinin digər təşəbbüslərinə kömək edir, əməliyyatlar şöbəsinin digər üzvləri habelə “FİNCA Azerbaijan” Təşkilatının digər işçiləri və müştəriləri ilə xoş işgüzar ünsiyyət saxlayır.
Tələblər:
• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq;
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları;
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqları və aktiv dinləyici olmaq;
• Müştəri xidmətləri sahəsində təcrübə;
• Yüksək təşkilati və vaxtın idarəedilməsi bacarığı;
• MİS (məlumat idarəetmə sistemləri) üzrə iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 Dekabr 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşmiş Məlumat İdarəedilməsi üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.