8 C
Baku
Thursday, December 12, 2024

Zamin kredit borcunu nə zaman ödəməlidir

Bankdan kredit götürmək istədiyiniz zaman kreditin məbləğindən asılı olaraq təbii ki, hər zaman 1 və ya bir neçə zamin tələb oluna bilər. Əlbəttə ki, zamin olmadan da kreditlər verilir, lakin bu zaman  kreditin şərtləri daha da ağır və eyni zamanda faiz dərəcələri  yüksək ola bilər. Zamin təqdim olunan zaman bank kreditin qaytarılması ilə bağlı belə desək zəmanətdə olur və kreditin qaytarılmaması riskini azaldır.

Yəni zamin təqdim olunaraq alınan kreditlərdə, müştəri kredit borcunu geri ödəməkdən imtina edərsə, bank müştəriyə verdiyi krediti zamindən tələb edir və bu zaman da kreditin ödənilməməsinin qarşısı alınır.

Bəs nə zaman bank kredit borcunu ödəməsi üçün zaminə müraciət etməlidir?

Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə bu zaman zaminə müraciət olunur. Zaminə müraciət olunduqda isə kredit borcunun geri  ödənilməsində  məsuliyyət daşıyır və borcun ödənilməsi ilə bağlı bütün  öhdəliklər zaminə düşür.

Əgər zamin kredit borcunu ödəmək istəməz və kredit borcunu ödəməzsə bu zaman nə baş verə bilər? Zamin bankın tələbini ədalətli hesab etməzsə təbii ki, buna etiraz etmək hüququ varmı? Bu zaman əsas olan zaminin hüquqlarını bilməsidir.

Əgər kredit alan şəxs rəhmətə gedərsə və bu zaman ailə kredit borcunu ödəməkdən imtina edərsə, aydındır ki, birbaşa olaraq kredit borcunun ödənməsi zaminin və zaminlərin öhdəliyinə keçir. Yəni kredit əldə olunan zaman banka neçə zamin təqdim olunubsa, həmin zaminlər də kredit borcunu geri ödəməlidirlər.  Zaminlərin isə öz növbəsində  kredit borcunun geri ödənməsindən boyun qaçırmaq kimi alternativləri var. Bu zaman əgər zaminlərin onlar üçün tətbiq olunan  qanunlardan məlumatları varsa krediti geri ödəməmək  onlar üçün demək olar ki, heç bir problem olmayacaq.

Belə ki,  əgər zamin onunla bağlanmış zaminlik müqaviləsinin şərtlərinin pozulmasını sübut edərsə və ya zaminlik müqaviləsinin bağlanması ilə bağlı hüquqi bazanın yetərli olmaması, şəraitin, vaxtın uyğun olmamasını sübut edərsə bu zaman kredit borcunun ödənilməsindən boyun qaçıra bilər.

Qısası onu deyə bilərik ki, əgər zamin müqavilənin yararsızlığını sübut edə bilərsə, belə bir halda zaminlik müqaviləsinə xitam verilə bilər. Bu isə o halda baş verə bilər ki, əgər  kredit borcu ödənməsə və bu zaman bank müştərinin kredit borcunun müddətini uzadar və bundan zaminə heç bir xəbərdarlıq olunmazsa, bu kifayət edər ki, zamin kredit borcunu ödəməsin.

Bundan sonra zamin zaminlik müqaviləsinə xitam verilməsini tələb edə, yəni ilkin bağlanmış kredit müqaviləsinin şərtləri dəyişdirilməsini, ona əsas verə bilər.

Lakin çox təəssüflər olsun ki, günümüzdə kredit əldə edən şəxslərlə yanaşı zaminlərin də öz hüquqları barədə kifayət qədər məlumatları yoxdur.

Son xəbərlər
Digər xəbərlər